Naxçıvan Muxtar Respublikasında yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, sənaye üzrə 93 milyon 691 min 700 manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur.