“Mühasibat uçotu standartları və profilaktiki nəzarət” adlı təlimə yekun vurulub - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, “Mühasibat uçotu standartları və profilaktiki nəzarət” adlı 3 günlük təlim Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində keçirilib.

Təlimdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Gənclər və İdman Nazirliyi və dövlət büdcəsindən maliyyələşən digər təşkilatların 16 maliyyə-mühasibat işçisi iştirak edib.

Təlimin məqsədi mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.

Gündəliyə uyğun olaraq Mərkəzin direktoru Sevinc Cabbarova  təlimin aktuallığı və mahiyyəti barədə danışıb.

Təlimin ilk 2 günü “Hesablar planı və müxabirləşmələr”, “Maliyyə hesabatlarının hazırlanması”, “Məzuniyyət hüququnun tənzimlənməsi” adlı mövzularla bağlı Nazirliyin əməkdaşı Məmmədnağı Əkbərovun, sonuncu gün isə “Büdcədən maliyyələşən təşkilatlarda profilaktiki nəzarət” adlı mövzu ilə əlaqədar Nazirliyin digər əməkdaşı Xaqani Vəliyevin təlimləri keçirilib.

Təlimin sonunda peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi mərhələsi keçirilib və iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: