Pivə istehsalı artırılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, “Prestij Naxçıvan Pivəsi” Məhdud Məsuliyyətli Cəmiyyətində istehsal artırılıb. Müəssisə yay aylarında bu içkiyə olan tələbatın çoxalmasına görə bu addımı atıb.
Dövlət maliyyə dəstəyi ilə illik istehsal gücü 300 min dekalitr olan zavodda Amerika Birləşmiş Ştatları, İtaliya, Çexiya və Macarıstandan alınmış avadanlıqlar quraşdırılıb.
Müəssisədə keyfiyyətli məhsul alınması üçün mühüm addımlar atılır. Bunun üçün maqneziumsuz su Kəngərli rayonunun Çalxanqala kəndindəki bulaqlardan xüsusi maşınlarla daşınır. Xammal Belçika, Çexiya və Almaniyadan gətirilir. Müəssisədə 0,5 və 0,33 litrlik şüşə, 1 litrlik plasmas butulkalarda, 30 və 50 litrlik çəlləklərdə doldurulan pivə “Pristij” əmtəə nişanı ilə satışa çıxarılır.
Əbülfəz Dünyamalıyev