NUHÇIXAN xəbər verir ki, “Cahan Holdinq” ASC-nin tərkibində olan “Cahan Sənaye Kompleksi”nin Magna markası öz məhsullarının keyfiyyət və davamlılığına görə “İlin brendi” mükafatı ilə təltif edilib.
Mükafatlanma mərasimi “Azeri Business Award” təşkilatı komitəsi və “Business Time” jurnalının birgə təşəbbüsü ilə təşkil edilib.
Qeyd edək ki, müəssisədə PPR plastik boru və əlavə hissələri, qapı-pəncərə sistemləri üçün PVC, saydinq fasad örtükləri, radiator və dam örtüyü sistemləri istehsal edilir.
Xanım Rüstəmzadə