Yanvar-fevral aylarında iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,1 faiz azalıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd edək ki, bu ilin ilk 2 ayında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artaraq 12 milyard 578 milyon manat təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM isə 1263,7 manata bərabər olub.