Naxçıvanda 382 növdə məhsul istehsal olunur

A- A A+

Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyəti davamlı olaraq dəstəklənir. Bunun nəticəsidir ki, yeni yaradılan istehsal müəssisələrində hazırda 382 növdə məhsul istehsal olunur. NUHÇIXAN xəbər verir ki, bu məhsulların 126 növü ərzaq, 256 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

Muxtar respublika iqtisadiyyatının möhkəmlənməsində, hərtərəfli və dinamik inkişafında xüsusi rolu olan bank sektorunun normal fəaliyyəti də təmin edilib. İqtisadiyyatın davamlı inkişafı, ixracın stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb. Cari ilin ötən dövründə 144 milyon Amerika Birləşmiş Ştatları dollarından artıq xarici ticarət dövriyyəsi qeydə alınıb. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata görə ixracın dəyəri bir il öncəyə nisbətdə artaraq 127 milyon 140 min dollardan çox olub və xarici ticarətdə 100 milyon 211 min ABŞ dollarından artıq müsbət saldo yaranıb.

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: