Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tələb və tövsiyyələrini nəzərə alaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti hüquqi şəxslərin dövlət qeydiyyatı xidməti üzrə müəyyən qaydalar tətbiq edərək, bununla bağlı vətəndaşlara müraciət ünvanlayıb.
NUHÇIXAN Dövlət Vergi Xidmətinə istinadən həmin məlumatı təqdim edir:
Hörmətli vətəndaşlar,
Hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı tələb olunan sənədləri poçt vasitəsilə (poçt indeksi AZ1029) Dövlət Vergi Xidmətinin Bakı şəhərinin Nizami rayonunun Heydər Əliyev prospekti, 105 ünvanında yerləşən Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə göndərməyiniz tövsiyə olunur.
Sənədləri təqdim edərkən əlaqə nömrəsini qeyd etməyi unutmayın.
Sənədlərin düzgünlüyünün yoxlanılması məqsədilə müvafiq sənədləri skan olunmuş şəkildə müraciətinizə əlavə edərək [email protected] elektron ünvanına göndərə bilərsiniz. Müraciətdə mütləq qaydada aşağıdakı məlumatlar qeyd olunmalıdır:
- Müraciət edən şəxsin adı, soyadı, atasının adı;
- Müraciət edən şəxsin əlaqə məlumatları.
Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin dövlət qeydiyyatını elektron qaydada həyata keçirə bilərsiniz.
Hüquqi şəxs qeydiyyata alındıqdan sonra qeydiyyat sənədləri (qeydiyyat şəhadətnaməsi, nizamnamə, dövlət reyestrindən çıxarış) vergiödəyicisinin elektron kabinetinə göndəriləcək.
Xarici investisiyalı qurumlara elektron sənəd mübadiləsindən istifadə etməyə imkan verən və kağız daşıyıcıda verilən şifrə və parolu Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən (Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 105) almağınız xahiş olunur.
Əlaqə nömrəsi: (+99412) 403 88 84