“Buta Airways”: Aviabiletləri uçuş tarixindən sonra da qaytarıb, ödənişi geri almaq mümkündür

A- A A+

“Buta Airways” aviaşirkətinin aviabiletləri uçuş tarixindən sonra da qaytarıb, ödənişi geri almaq mümkündür.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Buta Airways” məlumat yayıb.

“Hörmətli sərnişinlər, xatırlatmaq istəyirik ki, ləğv olunmuş reyslər üzrə əldə edilmiş aviabiletləri uçuş tarixindən sonra da qaytarıb, ödənişi geri almaq mümkündür. Sərnişinlərimizə ödənişlərin tam şəkildə geri qaytarılacağına zəmanət veririk.

Xahiş olunur, təşvişə qapılmayasınız və müştəri xidmətlərinin cavabını gözləyəsiniz. Bütün müraciətlərə növbə ilə baxılır. Anlayışınız üçün təşəkkür edirik”, - deyə məlumatda bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: