AZAL Bakı-Ankara-Bakı istiqaməti üzrə çarter reysi yerinə yetirib - FOTOLAR
Azərbaycanın milli aviadaşıyıcısı hökumətin tapşırığı ilə Türkiyədən Azərbaycan vətəndaşlarının gətirilməsi üçün martın 17-də Bakı-Ankara-Bakı istiqaməti üzrə çarter reysi yerinə yetirib.
“Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) NUHÇIXAN-a bildirilib ki, bu reys ilə 157 Azərbaycan vətəndaşı vətənə qaytarılıb.
Bu artıq Türkiyədən yerinə yetirilən üçüncü çarter reysidir – daha əvvəl martın 15-i və 16-da İstanbuldan Bakıya 711 Azərbaycan vətəndaşı gətirilib. Azərbaycanın milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək.
Vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşları hazırda olduqları yer üzrə səfirliklər və ya konsulluqlara müraciət etməlidirlər.