Vəsait qoyuluşları çərçivəsində 2020-ci ilin yanvar-fevral aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 73 milyon 750 min 800 manat vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricidən 0,8 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, əsas kapitala yönəldilmiş vəsaitin 70 milyon 471 min 700 manatı və ya 95,6 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.