Bu ilin yanvar-fevral aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 27 milyon 661 min 900 manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 3,4 dəfə çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, verilən kreditlərin 2 milyon 417 min 600 manatı və yaxud 8,7 faizi qısamüddətli, 25 milyon 244 min 300 manatı və yaxud 91,3 faizi uzunmüddətli kreditlər olub.