Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb, 2020-ci ilin yanvar-fevral aylarında 51 milyon 156 min 200 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, ixracın dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə artaraq 37 milyon 44 min 600 ABŞ dolları təşkil edib, 22 milyon 933 min ABŞ dolları dəyərində müsbət saldo yaranıb.