Bu il martın 1-nə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 85 min 869-a çatıb ki, bunun da 75 min 476-sı və ya 87,9 faizi aktiv hesablardır.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, 2020-ci ilin yanvar-fevral aylarında açılmış 6392 bank hesabının 6389-u aktiv hesablar olub. Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı martın 1-nə 1280-ə çatıb.