Dövlət Vergi Xidməti koronavirusla bağlı sosial çarxlar hazırlayıb

A- A A+

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti koronavirus pandemiyası ilə bağlı əhalinin maarifləndirilməsi və məlumatlandırılması istiqamətində sosial məsuliyyət tədbirlərini davam etdirir.

Dövlət Vergi Xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, koronavirusla mübarizənin səmərəliliyinin artırılması, əhalinin təlaşa düşməməsi və sadə gigiyena qaydalarına riayət etməsinin təşviqi məqsədilə xidmətin Media və Kommunikasiya İdarəsi doğru davranış qaydalarından bəhs edən “Koronavirusdan necə qorunmalıyıq?” və “Koronavirusdan qorunmaq üçün ticarət obyektlərində necə davranmalıyıq?” başlıqlı sosial çarxlar hazırlayıb.

Bundan başqa, “Tibbi maskalardan nə zaman və necə istifadə etməliyik?”, “Koronavirusdan qorunmaq üçün əllərimizi necə yumalıyıq?”, “Yaşlıları koronavirusdan qoruyaq!” və digər movzularda məlumatlandırma xarakterli çarxlar da hazırlanır.

KİV nümayəndələri və sosial şəbəkə istifadəçilərindən həmin çaxrları öz internet səhifələrində və sosial şəbəkə səhifələrində yerləşdirmələri xahiş olunur. Təbliğat və təşviqat materiallarını yükləmək üçün aşağıdakı keçiddən istifadə edilə bilər:

“Koronavirusdan necə qorunmalıyıq?”

https://www.taxes.gov.az/video/COVID19_Qaydalara_Riayet.mp4

Mobil qurğular üçün:

https://www.taxes.gov.az/video/mobile/COVID19_Qaydalara_Riayet.mp4

“Koronavirusdan qorunmaq üçün ticarət obyektlərində necə davranmalıyıq?

TV-lər və media üçün:

https://www.taxes.gov.az/video/COVID19_Ticaret_Merkezi.mp4

Mobil qurğular üçün:

https://www.taxes.gov.az/video/mobile/COVID19_Ticaret_Merkezi.mp4

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: