Heydər Əliyev Beynəlxalq Aeroportundan yerinə yetirilən reyslərin sayının azalması ilə əlaqədar 24 mart saat 00:00-dan etibarən bütün reyslər ikinci terminaldan (Terminal 2) həyata keçiriləcək.
Bu barədə NUHÇIXAN-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, koronavirus infeksiyasının (COVID-19) yayılması ilə mübarizə çərçivəsində “Azərbaycan Hava Yolları”nın bütün struktur bölmələri gücləndirilmiş rejimdə və dövlət strukturları ilə sıx əməkdaşlıqda işləyir.