Muxtar respublikada mağazaların ərzaqla təminatına diqqət artırılıb

A- A A+

Martın 24-də dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması məqsədilə ərzaq mağazaları və apteklər istisna olmaqla, muxtar respublika ərazisindəki bütün iri ticarət mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılıb, mağazaların ərzaqla normal təminatına diqqət artırılıb, aid qurumlarla birlikdə ehtiyatların yaradılması davam etdirilib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən  NUHÇIXAN-a verilən xəbərə görə ümumilikdə 261 ticarət obyektində maarifləndirici monitorinqlər aparılaraq ticarət obyektlərinin sahibkarları məlumatlandırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə mövcud vəziyyətlə bağlı fəaliyyətində durğunluq yaranmış xidmət sahələrində işçilərin öz hesabına məzuniyyətə buraxılmasının qarşısının alınması və həmin xidmət sahələrində çalışan işçilərə minimum əməkhaqqı məbləğində vəsaitin ödənilməsinin təmin edilməsi istiqamətində monitorinqlər keçirilib və 88 sahibkarlarıq subyekti məlumatlandırılıb.  

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: