“Azərbaycan Hava Yolları” QSC (AZAL) tərəfindən aprelin 3-də İstanbuldan Bakıya çarter reysi yerinə yetirilib.
QSC-dən NUHÇIXAN-a bildirilib ki, həmin reyslə Bakıya 106 Azərbaycan vətəndaşı çatdırılıb.
Eyni zamanda, bu gün səhər saatlarında aviaşirkətin təyyarəsi ilə 69 sərnişinlə Londondan Bakıya reys həyata keçirilib.
Bundan əlavə, dünən axşam Moskvadan (Vnukovo hava limanı) uçuş yerinə yetirən AZAL-ın təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. Təyyarədə 123 sərnişin olub.
Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.