Yaponiyanın ən böyük avtomobil korporasiyalarından biri "Toyota Motor" koronavirus pandemiyası ilə əlaqədar Şimali Amerikadakı 14 müəssisəsində istehsalın dayandırılmasını 1 may tarixinə qədər uzatmaq qərarına gəlib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə yerli "Kyodo" agentliyi xəbər verib.
Qeyd olunur ki, martın 23-dən bağlanan zavodların istehsal xətlərinin fəaliyyətinin bərpası mayın 4-nə planlaşdırılır.
Xatırladaq ki, "Toyota" pandemiyaya ilə əlaqədar Avropada öz müəssisələrində istehsalı aprel ayının 20-nə qədər dayandırıb.