“Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı yeni istehsal sahəsinə başlayır - VİDEO
Muxtar respublikada sahibkarlığın inkişafı sahəsində ardıcıl tədbirlər görülür. Ötən il “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının plastik kapsul və qapaq istehsalı sahəsi istifadəyə verilib. Artıq muxtar respublikada bu məhsullara olan tələbat yerli istehsal hesabına ödənilir. Bu il müəssisədə böyük həcmli su taraları üçün plastik kapsul və qapaq istehsalı sahəsi də yaradılacaq.
NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının əməkdaşlarının bununla bağlı hazırladıqları videomaterialı təqdim edir:
Turab Hacızadə