Martda Azərbaycana idxal edilən avtomobillərin sayı 3945 ədəd, dəyəri isə 46 milyon 742 min ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 2-si sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 3700-ü əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 231-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 12-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.