İsveçin məşhur avtomobil istehsalçısı “Volvo Cars” Torsland bölgəsindəki əsas zavodunda istehsalı bərpa edib.
NUHÇIXAN İnformasiya Agentliyi İsveç KİV-lərinə istinadən xəbər verir ki, avtomobil istehsalçısı COVID-19 koronavirus pandemiyası ilə əlaqəli qısa müddətli istehsalın dayandırılmasından sonra yenidən fəaliyyətə başlayıb.
Avtomobil istehsalçısının açıqlamasında şirkətin bir neçə həftə ərzində istehsalın bərpa olunmasına hazırlıq işləri apardığı vurğulanaraq, üstəlik bu müddət ərzində həm fabrikdə, həm də ofislərdə işçilərin təhlükəsizliyini təmin etmək üçün vacib işin görüldüyüni bildirib. “Volvo Cars”ın baş direktoru Hokan Samuelsson deyib: “İndi vəziyyət imkan verəndə işçilərimiz və təchizatçılarımız qarşısında işə başlamaq kimi məsuliyyət daşıyırıq”.
Bundan əlavə, şirkət koronavirus pandemiyası ilə bağlı yaranan çətin vəziyyətə baxmayaraq, davam edən böhran fonunda davamlı istehsalı təmin etmək üçün bütün tərəfdaşlar və ehtiyat hissələrinin təchizatçıları ilə sıx əlaqə saxlandığını vurğulayıb.
"Cəmiyyətə kömək qismində edə biləcəyimiz ən yaxşı şey, insanların sağlamlığını və işlərini qorumaqla, şirkətin etibarlı bir şəkildə yenidən fəaliyyət göstərməsi üçün yolların tapmaqdır",- deyə “Volvo Cars”ın baş direktoru Hokan Samuelsson bildirib.