Bir neçə “OPEC+” ölkəsinin iştirakı ilə qeyri-rəsmi formatda keçirilən videokonfransa Azərbaycanın Energetika naziri Pərviz Şahbazov da qatılıb. Konfransda neft bazarının hazırkı vəziyyəti və may ayından öhdəliklərin icrası ilə bağlı məsələlər müzakirə olunub.
Energetika Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, nazir P.Şahbazov müzakirələr zamanı “OPEC+” formatında təmsil olunmayan digər neft istehsalçılarını öhdəliklər götürməyə dəvət edib.
“OPEC+” tarixi missiya yerinə yetirir və müvafiq öhdəliklər götürüb. İndi isə “OPEC+”dan kənar neft istehsalçıları bu prosesə fəal şəkildə qoşulmalı və öz öhdəliklərini elan etməlidirlər”, - deyə nazir bildirib.