Yanvar-mart aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr Türkiyə, Tunis və İran olub.
NUHÇIXAN İnformasiya Agentliyi Dövlət Gömrük Komitəsinin yaydığı məlumatlara əsasən xəbər verir ki, ölkəmizin Türkiyə ilə ticarət dövriyyəsi 740,4 milyon ABŞ dolları, Tunislə 120,2 milyon dollar, İranla isə 88,5 milyon dollar təşkil edib. Ötən ilin müvafiq dövrünə nisbətən Tunislə ticarət dövriyyəsi artıb, Türkiyə və İranla isə azalıb. Tunislə ticarət dövriyyəsində 119,2 milyon dollarlıq artım, Türkiyə ilə 71,9 milyon dollar, İranla isə 142,1 milyon dollarlıq azalma müşahidə edilib.