Muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı 2,5 faiz artıb - FOTOLAR
Muxtar respublikada 2020-ci ilin yanvar-mart aylarında bir il öncəyə nisbətən 2,5 faiz çox, yəni 29 milyon 652 min 800 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 2020-ci ilin yanvar-mart aylarında muxtar respublikada diri çəkidə 6 min 330,5 ton ət, 13 min 60,7 ton süd istehsal edilib. Bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,7 və 1,8 faiz çoxdur.
Etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını artırıb. 2020-ci ilin ilk rübündə muxtar respublikadan 12 milyon 153 min 500 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunub.