Cari ilin yanvar-mart aylarında Azərbaycanın ən çox məhsul ixrac etdiyi İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri sırasında ilk üçlükdə Türkiyə, Tunis və Əfqanıstan qərarlaşıb. Türkiyəyə ixracın dəyəri 350,6 milyon dollar, Tunisə 119 milyon dollar, Əfqanıstana isə 12,1 milyon dollar təşkil edib.
NUHÇIXAN İnformasiya Agentliyi Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrünə nisbətən Tunisə ixracın dəyərində artım, Türkiyə və Əfqanıstana isə azalma müşahidə olunub.