“Boeing 777X”-in növbəti sınaq uçuşu həyata keçirili

A- A A+

Geniş füzelyajlı “Boeing 777X” təyyarəsinin ABŞ-ın Vaşinqton şəhəri üzərində yeni sınaq uçuşu uğurla başa çatdırılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Boeing” korporasiyasının rəsmi saytında yayımlanan bəyanatda deyilir. Bütövlükdə şirkətin keçirdiyi sınaqlarda dörd “Boeing 777X” təyyarəsi iştirak edib.

“Boeing 777X” təyyarəsinin birinci sınaq uçuşu da Vaşinqton ştatında keçirilmişdi və təxminən dörd saat davam etmişdi. Təyyarə Sietldə aeroportda yerə enib. Bu müddət ərzində xüsusi avadanlıqlar təyyarədəki sistemlərin istismarı barədə məlumatları qeyd edib. Hava gəmisində iki pilot olub.

Sınaqlarda iştirak edən təyyarələrin birincisi bu günə qədər 100 saatdan çox havada olub.

“Boeing 777X”-in uzunluğu təqribən 77 metrdir, təyyarə 426 sərnişini daşımaq üçün hazırlanıb. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: