Aprel ayında Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə sutkalıq xam neft hasilatı son 30 ildə ən böyük artımı göstərib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Bloomberg”in apardığı araşdırmada deyilir.
Xatırladaq ki, martda OPEC-in neft istehsalı fevral ayı ilə müqayisədə 821 min barrel artaraq gündəlik 28 milyon 610 min barrelə yüksəlib. OPEC-in dünya neft hasilatındakı payı isə 28,7 faiz olub.
Qeyd edək ki, aprelin 9-da “OPEC+” formatının 23 iştirakçı ölkəsinin imzaladığı “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, “OPEC+” ölkələri üzrə gündəlik neft istehsalının may-iyun aylarında 9,7 milyon barrel, iyulun 1-dən ilin sonuna kimi 7,7 milyon barrel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 milyon barrel azaldılması qərarlaşdırılıb.