Pandemiyadan zərər çəkmiş sahələrə maliyyə vəsaitinin ödənilməsi üçün elektron qaydada müraciət etmək lazımdır

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, muxtar respublikada pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsinə və fərdi (mikro) sahibkarlara dövlət tərəfindən  maliyyə yardımının edilməsinə başlanılıb.

Əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün vergi ödəyicisi Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinə (vergi.nakhchivan.az) daxil olmaqla  əmək ödənişləri ilə bağlı dəstək proqramı üzrə müraciət bölməsindəki müraciəti elektron qaydada doldurur. Ərizədə pandemiyadan zərər çəkmiş fəaliyyət sahəsi üzrə 1 aprel 2020-ci il tarixinə işçilərin siyahısı, vəsaitin köçürülməsi nəzərdə tutulan bank hesabı göstərilir.

İşçinin əməkhaqqı yanvar ayı üçün ölkə üzrə müəyyən edilən orta aylıq əmək haqqı məbləğindən aşağı olduqda əmək müqaviləsində göstərilən əmək haqqı məbləğində, yuxarı olduqda isə ölkə üzrə orta aylıq əmək haqqı məbləği əsasında hesablanır.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün ərizədə ödəyicilər vergi rejimi barədə məlumatları qeyd etməlidirlər. 

Qeyd edək ki,vergi ödəyicisi tərəfindən göndərilmiş ərizədəki məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: