Bu il muxtar respublikada 48 istehsal sahəsi yaradılıb - VİDEO

A- A A+

Muxtar respublikada son illərdə fəaliyyətə başlayan yeni istehsal müəssisələri daxili bazarın yerli istehsal məhsulları ilə  təminatında, ixrac potensialının artırılmasında  əhəmiyyətli rol oynayıb. Bu müəssisələr tələbatın daxili imkanlar hesabına ödənilməsini təmin etməklə yanaşı, yeni iş yerlərinin açılmasına, məşğulluq səviyyəsinin yüksəldilməsinə, eləcə də əhalinin maddi rifah halının yaxşılaşdırılmasına mühüm töhfələr verib. Sahibkarlıq fəaliyyətinin stimullaşdırılması üçün dövlət dəstəyinin gücləndirilməsi, yeni investisiyaların cəlbi istiqamətində həyata keçirilən tədbirlər 2020-ci ilin birinci yarısında da davam etdirilib.

Bu ilin ötən dövrü ərzində də mövcud potensialdan səmərəli istifadə edilməklə muxtar respublika iqtisadiyyatının dinamik inkişafına nail olunub, 48  istehsal sahəsi yaradılıb, 153 yeni iş yeri açılıb.

Naxçıvan televiziyasının əməkdaşları bununla bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

                                                                   Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: