Aqrar Sığorta Fondu fermer və təsərrüfatçıların dayağıdır - VİDEO
Muxtar respublikada aqrar sığortanın həyata keçirilməsi kənd təsərrüfatının inkişafı ilə yanaşı, bu sahədə dəymiş zərərin aradan qaldırılmasına xidmət edir. Belə ki, kənd təsərrüfatı məhsullarının sığortasında Aqrar Sığorta Fondu da iştirak edərək riskin 50 faizini öz üzərinə götürür. Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə arpa, buğda, qarğıdalı, kartof, şəkər çuğunduru, tütün, limon, üzüm və badam məhsulları sığortalanır.
Bəs, hansı hadisələrdən kənd təsərrüfatı bitkilərinin məhsulları və kənd təsərrüfatı heyvanları sığortalanır?
Naxçıvan televiziyasının əməkdaşları bununla bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Röyal Kərimov