Dövlət Vergi Xidmətinin əməkdaşları tələbələrlə onlayn görüşüb

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti tərəfindən hamiliyə götürülmüş Naxçıvan Dövlət Universitetinin İqtisad fakultəsinin İqtisadiyyat ixtisası tələbələri ilə “operativ vergi nəzarəti” mövzusunda onlayn görüş keçirilib.

Dövlət Vergi Xidmətinin məbuat xidmətindən  NUHÇIXAN İnformasiya Agentliyinə  bildirilib ki, onlayn  görüşdə operativ vergi nəzarətinin funksiyası  sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət binalarında , nəqliyyat vasitələrində  həyata keçirilən vergi nəzarəti forması  tələbələrin diqqətinə çatdırılıb.

Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb .

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: