Cari ilin yanvar-aprel aylarında ölkədə kredit portfeli 1,9 faiz artıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov mayın 13-də keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, artımın əsas mənbəyi biznes kreditləri olub. Bu müddətdə ipoteka kreditləri 4,1 faiz artıb, istehlak kreditləri isə 4,1 faiz azalıb.