Naxçıvan Muxtar Respublikasında yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, sənaye üzrə 337 milyon 363 min manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.