NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Gəmiqaya Taxıl Məhsulları” MMC muxtar respublikada fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları istehsalçılarından tələbatdan artıq istehsal olunmuş buğda, arpa və qarğıdalı məhsullarını satın alır. Məhsulların alış qiymətində ötən illə müqayisədə artım müşahidə olunur.
Belə ki, buğda 38 qəpik, arpa 35 qəpik, qarğıdalı isə 40 qəpikdən qəbul olunacaq . Satış üçün təqdim olunan məhsulun ödənişi yerində həyata keçiriləcək.