Maliyyə Nazirliyində onlayn təlim - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə “Şəxsi maliyyənin idarə edilməsi” mövzusunda onlayn təlim keçirilib. “Naxçıvan” Universitetinin İdarəetmə Fakültəsinin tələbələrinin cəlb edildiyi təlimdə Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova bildirib ki, təşkil edilən təlimlər, keçirilən görüşlər tələbələrin müvafiq bilik və bacarıqlar əldə etmələri ilə yanaşı, ümumi dünya görüşlərinin genişlənməsinə, müasir informasiya cəmiyyətində tələb edilən səviyyədə hərtərəfli məlumata sahib olmalarına şərait yaradır.
Təlimin məqsədi şəxsi büdcənin idarə edilməsi, qənaət vərdişlərinin yaradılması, ağıllı borcalma üzrə düzgün qərarların verilməsi sahəsində bilik və bacarıqların təkmilləşdirilməsindən ibarətdir.
Təlimin sonunda mövzu ilə bağlı suallar cavablandırılıb.
Adilə Səfərova