Bakı Limanının quru yük terminalında konteynerlərlə “Azərbaycan” sözü yazılıb - VİDEO
28 May - Respublika Günü ilə əlaqədar Bakı Limanının quru yük terminalında 54 konteynerdən istifadə olunaraq “Azərbaycan” sözü yazılıb.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, hər bir hərif 23 metrdən hündür olmaqla, 7 metrədək ərazini əhatə edir. Əlavə olaraq COVID-19 zamanı ümumrespublika birlik simvoluna çevrilən “#BizBirlikdəGüclüyük” həştəqi, dövlət bayrağımız və Bakı Limanının loqosunun əks olunduğu konteynerlər də kompozisiyanı tamamlayıb.
Xatırladaq ki, “#BizBirlikdəGüclüyük” kampaniyası çərçivəsində Bakı Limanı tərəfindən limanın yerləşdiyi Ələt qəsəbəsində yaşayan 300 ailəyə ərzaq yardımı olunub.