Koronavirus pandemiyasının davam etməsi, habelə “Azərbaycan Hava Yolları” (AZAL) və “Buta Airways” aviaşirkətlərinin uçuşlar yerinə yetirdiyi ölkələrin sərhədlərinin bağlanması ilə əlaqədar iyulun 1-dək (1 iyul daxil olmaqla) uçuş tarixi ilə aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti uzadılıb.
AZAL-dan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, alternativ olaraq, sərnişinlərə aviabiletin dəyərinə bərabər olan vauçerlər və ya pul vəsaitinin qaytarılması təklif olunur. Pul vəsaitinin qaytarılması aviaşirkətin fəaliyyəti bərpa olunduqdan sonra 60 gün ərzində həyata keçiriləcək.
Daha ətraflı məlumat üçün “https://www.azal.az/az/offer/547” linkinə daxil ola bilərsiniz.