Naxçıvanda bu il 71 istehsal və xidmət sahəsi istifadəyə verilib

A- A A+

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki,muxtar respublikada  bu ilin ötən 5 ayı ərzində iqtisadiyyatın bütün sahələrində dövlət texniki və maliyyə dəstəyi ilə 71 istehsal və xidmət sahəsi istifadəyə verilib,35 istehsal və xidmət sahəsinin yaradılması istiqamətində işlər davam etdirilib.

Özəl sektora dövlət dəstəyinin gücləndirilməsi iqtisadi və maliyyə resurslarına çıxış imkanlarının genişlənməsi məqsədilə 2020-ci ilin ötən dövrü ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlara 49 layihənin maliyyələşdirilməsinə ümumilikdə 6 milyon 879 min manatdan çox kredit vəsaiti verilib.

Həmçinin ailə təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılması məqsədilə 2020-ci ilin ötən dövründə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 26 ailə təsərrüfatına 226 min 600 manat həcmində dövlət maliyyə dəstəyi göstərilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: