NUHÇIXAN İnformasiya Agentliyi "Forbes"ə istinadən xəbər verir ki, "WhatsApp" messencer istifadəçilərinə fırıldaqçıların hesablarına daxil ola biləcəkləri yeni sxem barədə xəbərdarlıq edib.
Bildirilir ki, profillərin oğurlanması telefon nömrəsi ilə bağlanılma və messencerin SMS vasitəsilə təsdiqlənməsi sistemindən istifadə etməsi səbəbindən mümkün olub.
Qeyd olunur ki, yeni cihazda hesabı daxil etmək üçün "WhatsApp" istifadəçiləri SMS vasitəsilə onlara gələn xüsusi kodu daxil etməlidirlər. Fırıldaqçılar məhz bundan yararlanırlar.
Potensial zərərçəkənin tanışlarından kiminsə "WhatsApp" və ya "Facebook"a daxil olmasından sonra aşağıdakı mesaj göndərilir: “SMS göndərə bilmirəm, ona görə də "WhatsApp"dan kod ala bilmirəm. Nömrənizə bir şifrə göndərməyimi xahiş etdim. Xahiş edirəm onu mənə yönləndirin".