Muxtar respublikada 1377 vergiödəyicisinə dövlət maliyyə dəstəyi göstərilib

A- A A+

Muxtar respublikada pandemiyadan zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam edir.

Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 02 iyun 2020-ci il tarixə muxtar respublikada pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 1377 vergiödəyicisinə 1 milyon 909 min 790 manat məbləğində vəsait həmin sahibkarların  bank hesablarına köçürülüb.

Maliyyə dəstəyi proqramı çərçivəsində müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə bildiriş vergi ödəyicilərinin İnternet Vergi İdarəsindəki (vergi.nakhchivan.az) elektron kabinetlərinə göndəriləcəkdir. Yaranan suallarla bağlı vergiödəyiciləri Dövlət Vergi Xidmətinin  uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər.

Maliyyə dəstəyi almış vergiödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı vergi.nakhchivan.az internet səhifəsində yerləşdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: