Azərbaycan Mərkəzi Bankı 4 iyun tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, iyunun 4-də olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 1.9066 manat təşkil edir. 1 türk lirəsi 0.2519 manat, 1 rus rublu 0.0248 manat, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi isə 0.5638 manatdır.