Bu il Naxçıvanda 21 ailəyə ipoteka krediti maliyyələşdirilməsi həyata keçirilib

A- A A+

Muxtar respublikada ipoteka kreditlərinin verilməsi davam etdirilir. Bu il Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın rayonlarında da yeni istifadəyə verilən yaşayış binaları ipoteka kreditləri ilə satılır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 2020-ci ilin yanvar ayından bu günə kimi 21 ailəyə ipoteka krediti maliyyələşdirilməsi həyata keçirilib.

Muxtar respublikada  əhalinin uzunmüddətli kreditlərlə yaşayış sahəsi ilə təmin olunmasında “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti mühüm rol oynayır. Bugünədək dövlət qulluqçuları, hərbçilər, müəllimlər, həkimlər, polislər və digər sahələrdə işləyən muxtar respublika sakinləri maliyyələşdirilmiş ipoteka kreditlərindən istifadə edərək mənzil sahibi olublar.

                                                                                Nurlana Əhmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: