Dünya birjalarında neftin qiyməti bahalaşıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 2,31 dollar artaraq 42,30 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 2,14 dollar bahalaşaraq 39,55 dollar təşkil edib.