Qazaxıstanla Azərbaycan arasında beynəlxalq hava əlaqəsinin bərpası iyunun 15-ə planlaşıdırılırdı. Lakin koronavirusa yoluxamaların sayında artım səbəbindən Qazaxıstanla Azərbaycan arasında hava əlaqəsinin bərpası məsələsi iyulun 1-nə kimi təxirə salınıb. Bu tarixdən sonra avireyslərin bərpası müzakirə olunacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Qazaxıstan və Türkiyə arasında beynəlxalq aviareyslərinin iyunun sonunda bərpa olunması planlaşdırılır. Bu barədə Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişafı naziri Beybut Atamkulov deyib.
Ölkədə beynəlxalq aviareyslərin mərhələli şəkildə bərpası planlaşdırılır. Mayın 1-dən etibarən Nur-Sultan və Almatıdan Qazaxıstanın 20 şəhərinə daxili reyslər mərhələli şəkildə bərpa olunub. Hazırda daxili reyslər həftədə 44 dəfə 349 uçuş (gündə 49 reys) tezliyi ilə həyata keçirilir və təxminən 188 min aviabilet satılıb.
İyunun 1-dən etibarən 54 cüt sərnişin qatarı bərpa olunub. İyunun 8-nə olan məlumata görə, mayın 15-dən 645 min bilet satılıb.
Qeyd edək ki, Qazaxıstanda koronavirus epidemiyası səbəbindən fövqəladə vəziyyət rejimi zamanı 450-dən çox aviareys ləğv edilmişdi.