Ukrayna Xarici İşlər Nazirliyi ikitərəfli hava əlaqəsinin bərpası üçün bir sıra ölkələrlə aktiv müzakirələr aparır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” agentliyinə müsahibəsində Xarici İşlər nazirinin müavini Yevgeni Yenin deyib.
Nazir müavininin sözlərinə görə, Ukrayna tezliklə Azərbaycan, Bolqarıstan, Gürcüstan, Türkiyə və Kiprə aviareysləri aça bilər.
O bildirib ki, Ukrayna ilk olaraq koronavirusla bağlı epidemioloji vəziyyət nəzarətdə olan ölkələrlə aviareysləri bərpa edəcək.
Ukraynadan həmin ölkələrə gedən vətəndaşlar səfərdən öncə koronavirusla bağlı testin cavabına dair arayışı əldə etməlidirlər.