Azərbaycan iqtisadiyyatı 2021-ci ildə 2,2 faiz artacaq.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Dünya Bankının hesabatında deyilir.
Bankın hesabatına əsasən, 2019-cu ildə ölkənin ümumi daxili məhsulu 2,2 faiz artıb:
“COVID-19 pandemiyası Avropa və Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatına ciddi təsir göstərib. Böhran vəziyyətinə cavab olaraq Azərbaycan Mərkəzi Bankı pul-kredit sisteminin dəstəklənməsi miqyasını genişləndirir, hökumət isə valyutanın stabilləşməsi məqsədi ilə suveren fonddan istifadə edir”.
Dünya Bankı proqnozlaşdırır ki, Azərbaycan iqtisadiyyatının artım tempinə neft qiymətlərinin aşağı səviyyədə olması təsir göstərəcək:
“Bu hadisələr fonunda ölkə iqtisadiyyatının 2020-ci ildə 2,6 faiz azalacağı, 2021-ci ildə isə 2,2 faiz artacağı gözlənilir”.