"WhatsApp"da daha bir yenilik gözlənilir

A- A A+

"WhatsApp" messencerində yeni funksiya yaradılacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Bildirilir ki, yeni funksiya istifadəçilərə mesajları tarixə görə axtarmağa imkan verəcək. Hazırda messencerdə axtarış funksiya mövcuddur, lakin istifadəçilər müəyyən bir tarixdə göndərilən və ya qəbul edilən mesajı tapmaqda çətinlik çəkirlər.

Yeni funksiya işə düşdükdən sonra istifadəçilər mesajın göndərilmə və ya qəbul tarixini yazaraq istədikləri mətni tez bir zamanda tapa biləcəklər.

Qeyd edilir ki, hazırda yeni funksiya alfa-test mərhələsindədir. Yeni funksiyanın işə düşəcəyi tarix hələki məlum deyil.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: