Pandemiyadan zərərçəkmiş tam təsərrüfat hesablı müəssisə rəhbərlərinin nəzərinə

A- A A+

Dövlət qurumlarının tabeliyində olan tam təsərrüfat hesablı müəssisələrin əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının 2-ci və 3-cü bəndlərində nəzərdə tutulmuş vəsait hesabına ödənilməsi üçün İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) vergiödəyicisinin şəxsi elektron kabinetində yerləşdirilmiş müraciət formasını dolduraraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərmək lazımdır.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Dövlət Vergi Xidmətindən məlumat verilib.

Qismən təsərrüfat hesablı müəssisələrə maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulmadığından onlardan müraciət etməmələri xahiş olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: