Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, əhalinin nağdsız əməliyyatlara üstünlük verməsinin nəticəsidir ki, 2020-ci ilin may ayında nağdsız dövriyyənin həcmi 7 milyon 261 min 179 manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artıq olub.
Həmçinin ödənişlərin həyata keçirilməsi üçün quraşdırılmış POS-terminalların sayı 1298-ə çatdırılıb və bu istiqamətdə işlər davam etdirilir. Həyata keçirilən nağdsız ödənişlərin 2 milyon 647 min 838 manatı POS-terminallar, 4 milyon 613 min 341 manatı isə internet və digər ödəniş vasitələri ilə həyata keçirilib.
Qeyd edək ki, 2020-ci ilin ötən 5 ayında nağdsız əməliyyatların həcmi 32 milyon 841 min 158 manat olub.