Bu ilin yanvar-may aylarında muxtar respublikada 57 milyon 105 min 700 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu dövr ərzində diri çəkidə ət istehsalı 9 min 422 ton, süd istehsalı 36 min 918 ton olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,8 faiz, süd istehsalı isə 1,7 faiz artıb.